
Şövkət Rəsulova
Aparıcı Hüquqşünas
Şövkət korporativ idarəetmə, kommersiya müqavilələri, miqrasiya, əmək hüququ, əqli mülkiyyət, enerji və torpaq layihələri sahələrində yerli və beynəlxalq müştərilərə hüquqi məsləhətlərin göstərilməsi üzrə üç ildən artıq peşəkar təcrübəyə malik Təcrübəli Hüquqşünasdır.
Onun təcrübəsi layihələrin başlanğıc mərhələsi və bazara çıxış prosesindən başlayaraq korporativ restrukturizasiya və ləğvetmə prosedurlarına qədər biznes fəaliyyətinin bütün mərhələlərini əhatə edir. O, hüquqi şəxslərin yaradılması, icazə və razılıqların alınması üzrə məsləhətlərin verilməsi, səhmdar/payçı və nizamnamə kapitalı ilə bağlı dəyişikliklər, lisenziyalaşdırma, elektron imza və digər korporativ və uyğunluq məsələləri üzrə hüquqi dəstək göstərmişdir.
Şövkət, həmçinin, miqrasiya və əmək hüququ sahəsində geniş təcrübəyə malikdir. O, bir çox iş və yaşama icazəsi prosedurlarını idarə etmiş, inzibati cərimələr üzrə şikayətlər hazırlamış və miqrasiya qanunvericiliyi üzrə daxili təlimlər keçmişdir.
Bundan əlavə, o, maliyyələşdirmə, sponsorluq, icarə, əqli mülkiyyətin lisenziyalaşdırılması və texnologiyaların ötürülməsi müqavilələri də daxil olmaqla mürəkkəb kommersiya müqavilələrinin hüquqi ekspertizasını həyata keçirir və danışıqlar prosesində iştirak edir, həmçinin müxtəlif sənaye sahələrinə aid məsələlər üzrə kompleks hüquqi araşdırmalara dəstək verir.
Komandamıza qoşulmazdan əvvəl Şövkət Ernst & Young (EY) şirkətində hüquqşünas vəzifəsində çalışmış, Azərbaycan bazarında fəaliyyət göstərən yerli və transmilli şirkətlərə korporativ hüquq və kommersiya hüququ sahələrində hüquqi məsləhətlər vermiş, xüsusilə xarici investisiyalı müəssisələrin fəaliyyətinin hüquqi təminatı üzrə geniş təcrübə qazanmışdır.
Əsas Fəaliyyət Sahələri
-
Korporativ hüquq və korporativ idarəetmə
-
Lisenziyalaşdırma
-
Kommersiya müqavilələri
-
Miqrasiya hüququ
-
Əmək hüququ
-
Əqli mülkiyyət hüququ
Dillər
-
Azərbaycan dili
-
İngilis dili
-
Türk dili
Təhsil
-
Bakı Dövlət Universiteti – Hüquqşünaslıq üzrə bakalavr
Əsas Nailiyyətlər
-
Neft və qaz sənayesində sualtı işlərin həyata keçirilməsi üçün lisenziyalaşdırma tələblərinə dair hərtərəfli hüquqi rəyin hazırlanmasına rəhbərlik etmişdir.
-
Beynəlxalq müdafiə sahəsində elektronik məhsulların istehsalı ilə məşğul olan şirkətə korporativ idarəetmə və elektron imza ilə bağlı hüquqi uyğunluq məsələləri üzrə hüquqi dəstək göstərmişdir.
-
Azərbaycan qanunvericiliyinə uyğun olaraq torpaq sahələrinin əldə edilməsi və enerji layihələrinin ilkin mərhələsində tələb olunan razılıqların və fəaliyyət icazələrinin alınması üzrə hüquqi məsləhətlər vermişdir.
-
Əqli mülkiyyət üzrə lisenziyalaşdırılma və texnologiyaların ötürülməsi müqavilələri də daxil olmaqla mürəkkəb əqli mülkiyyət və digər kommersiya müqavilələrinin Azərbaycan qanunvericiliyinə uyğunluğunu təmin etmək məqsədilə hüquqi ekspertizasını həyata keçirmişdir;
-
Qlobal mühəndislik, tikinti və layihələrin idarə edilməsi şirkətinin Azərbaycan Respublikasındakı filialının ləğvetmə prosesini uğurla yekunlaşdırmışdır.
-
Azərbaycan Respublikasının əmək və miqrasiya qanunvericiliyinə dair 12 modullu daxili təlim proqramını hazırlamış və həyata keçirmişdir.
-
Beynəlxalq şirkətlərin Azərbaycandakı törəmə müəssisələrində çalışan xarici əməkdaşlar üçün iş və yaşama icazələrinin alınması da daxil olmaqla miqrasiya proseslərini başlanğıcdan yekunadək uğurla idarə etmişdir.
