Birləşmə və satınalmalar
Biznesin genişlənməsi çox vaxt başqa bir şirkətlə birləşmək və ya onu satın almaq zərurəti yaradır. Lakin iki və ya daha çox tərəfin payları və maraqları toqquşduğundan birləşmə və satınalma prosesi olduqca çətin ola bilər. Bundan əlavə, sərt tənzimləmə və mürəkkəb hüquqi məsələlər prosesi daha da çətinləşdirə bilər. Mütəxəssislərimizə etibar etməklə birləşmə və ya satınalma əqdinizin ən yaxşı şərtlərlə başa çatacağına əmin ola bilərsiniz.
Bu barədə bizimlə danışın- 1
- bu səhifədə təsvir olunan layihə
- 7
- burada sadalanan xidmət
- 9
- korporativ hüquq və əqdlər qrupunda fəaliyyət sahəsi
- 12
- reytinq və üzvlük
İş üsulumuz
Hüquqi yoxlama (due diligence), əqd sənədləri və əqdin bağlanması prosedurları.
Bir sıra beynəlxalq və yerli layihələrdə geniş iştirakımız sayəsində mürəkkəb daxili, transsərhəd və çoxyurisdiksiyalı əqdlər üzrə biznesyönümlü hüquqi məsləhət vermək üçün lazımi imkanlara malikik. Alıcıları, satıcıları, maliyyə məsləhətçilərini və səhmdarları təmsil etmək sahəsində geniş təcrübəmiz var.
Fəaliyyətimiz
VLM-in xidmətlərinə daxildir:
- Hədəf şirkətlərin hüquqi və vergi yoxlaması (due diligence)
- Danışıqlarda hüquqi dəstək
- Antiinhisar və digər tənzimləyici məsələlər üzrə məsləhət
- Tənzimləyici orqanların razılıqlarının alınması və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
- Əqd sənədlərinin, o cümlədən səhmlərin alqı-satqısı müqavilələrinin, səhmdarlar sazişlərinin, alış (call) və satış (put) opsionu müqavilələrinin, birgə müəssisə müqavilələrinin və digər sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və onlar üzrə danışıqların aparılması
- Əqd bağlandıqdan sonrakı məsələlərdə yardım
- Defolt vəziyyətinin həlli zamanı hüquqi dəstək
Xəbərlər və təhlillər
VLM Times
Azərbaycanda fəaliyyət göstərən şirkətin bundan sonra nə etməli olduğunu dəyişən qanun dəyişiklikləri, fərmanlar və məhkəmə qərarları.
Əlaqə
Azərbaycanda nəyə nail olmaq istədiyinizi bizə bildirin
Marine Plaza, 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küç., 62, AZ 1010, Bakı. Partnyor bir iş günü ərzində cavab verir.
Azərbaycandan hüquqi və vergi yeniliklərini e-poçtunuza alın










