Tam Hüquqi Autsorsinq
Gərgin iş dünyasında rəqabətədavamlı qalmaq üçün əksər müəssisələr xərcləri azaltmaq və diqqətini əsas məqsədlərə yönəltmək yolunu seçirlər. Məhz buna görə də autsorsinq şirkətlərin öz təməl fəaliyyətlərinə yönəlmələri və bizneslərini böyütmələri üçün ilk, bir çox hallarda isə yeganə seçim hesab olunur.
VLM müştərilərin gündəlik və ya xüsusi hüquqi məsələlərini şirkətdaxili hüquqşünaslarla birgə və ya şirkətdaxili hüquqşünasa ehtiyac olmadan həll edir.
Müştərilərin bizneslərinin hüquqi aspektlərinə nəzarət edən çoxşaxəli təcrübə və yüksək bacarıqlara sahib ixtisaslı biznes hüquqşünaslarımızla müştərilərin hüquqi ehtiyaclarını ödəmək üçün yenilikçi yanaşma təklif edirik. Autsorsinq xidmətlərimizə (i) müqavilələrin hazırlanması və danışıqların aparılması; (ii) hüquqi uyğunluq və əqli mülkiyyət məsələlərinin idarə edilməsi; (iii) tənzimləyici orqanlarla münasibətlər; (iv) çevik şərtlərlə əmək və İR məsələlərinin həlli; (v) digər hüquqi dəstək daxildir.
VLM-in autsorsinq xidmətləri göstərən hüquqşünasları biznes modelinizlə bütünləşməklə və təşkilati ehtiyaclarınızı anlamaqla komandanızın etibarlı üzvlərinə çevrilirlər.