top of page
Sevil Hasanli photo

Sevil Həsənli

Hüquqşünas

  • LinkedIn

Sevil kommersiya, əqli mülkiyyət və miqrasiya hüququ üzrə yüksək ixtisaslaşmış hüquqşünasdır. O, fəaliyyətdə olduğu müddət ərzində enerji, səhiyyə, dərman sənayesi, qida və içki, daşınmaz əmlak və dövlət satınalmaları sahələrində müxtəlif layihələrdə fəal iştirak etmiş və müvəffəqiyyətlə icrasına nail olmuşdur.

Sevil yerli və xarici təsisçili şirkətlərin qeydiyyatı ilə bağlı hüquqi məsləhətlərin verilməsi, korporativ dəyişikliklərin dövlət qeydiyyatı, iş və yaşayış icazələrinin alınmasına dəstək, insan resurslarına dair hüquqi dəstəyin göstərilməsi, həm yerli, həm də beynəlxalq səviyyədə ticarət nişanlarının qeydiyyatdan keçirilməsi ilə məşğul olmuşdur. O, həmçinin alqı-satqı, xidmət, icarə, françayz daxil olmaqla, digər müqavilələrinin hazırlanması ilə yanaşı, müştərilərin fəaliyyəti və ya sorğusuna birbaşa əlaqəli hüquqi rəylərin hazırlanmasında da kifayət qədər təcrübəlidir.

Komandamıza qoşulmazdan əvvəl, o, yerli konsaltinq şirkətində fəaliyyət göstərərək dövlət satınalmaları, mübahisələrin həlli (mediasiya və məhkəmə yolu ilə) və komplayens sahələrində geniş fəaliyyət göstərmişdir.

Yuxarıda qeyd olunanlardan əlavə, Sevil beynəlxalq qeyri-hökumət təşkilatları və dövlət qurumlarında könüllü fəaliyyəti sayəsində peşəkar bacarıqlarını inkişaf etdirərək mühüm uğurlar əldə etmişdir.

Əsas Fəaliyyət Sahələri
  • Müqavilələr

  • Korporativ hüquq

  • Əmək hüququ

  • Miqrasiya

  • Əqli Mülkiyyət

  • Komplayens

  • Mübahisələrin Həlli

  • Dövlət Satınalmaları

Dillər
  • İngiliscə

  • Türkcə

  • Azərbaycanca

Təhsil

  • Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Bərpa olunan enerji sahəsində xarici investora hüquqi məsləhətlər verərək daşınmaz əmlaka dair qanunvericiliyinin tələblərinə əməl edilməsini təmin etmişdir.

  • Tanınmış enerji və tikinti şirkətinin yerli törəməsi üçün miqrasiya qanunvericiliyinə uyğun olaraq xarici işçilərin iş və yaşayış icazələrinin alınmasında dəstək göstərmişdir.

  • Azərbaycanda içki zavodunun qurulması layihəsi çərçivəsində xarici investor üçün təsis  müqaviləsinin risk analizini aparmışdır.

  • Yerli tanınmış səhiyyə mərkəzində səhmlərin alqı-satqısına dəstək göstərmiş və əlaqəli korporativ dəyişikliklərin qeydiyyatını həyata keçirmişdir.

  • İKT və yüksək texnologiyalar sahəsində aparıcı şirkətlərdən birinin maraqlarını qoruyaraq bazarda rəqabət qanunvericiliyinin uzun illər pozulmasını əsaslandırmış və problemin həlli yolunda müştərini hüquqi rəylə təmin etmişdir.

  • Lüksemburqun biznes proseslərinin autsorsinq xidmətlərini həyata keçirən böyük şirkətlərindən birinin Azərbaycanda yaratdığı və 150-yə yaxın işçi qüvvəsi olan törəmə şirkətinə gündəlik İnsan Resursları sahəsində dəstək göstərmişdir.

  • Neft-qaz sektorunda əhəmiyyətli mövqe tutan şirkətlərdən birinə, həmçinin bir dövlət orqanına ISO 37001 sertifikatının (rüşvətxorluq əleyhinə idarəetmə sistemi) əldə edilməsi üçün Siyasətlərin hazırlanmasında dəstək göstərmişdir.

  • Kino istehsalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərdən birinə 3 irihəcimli layihədə müəlliflərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı və layihələrin icra edilməsi üçün müxtəlif növ alqı-satqı, xidmət və icarə müqavilələri hazırlayaraq tam hüquqi dəstək göstərmişdir.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page