top of page
Sevda Rahimli | Senior Tax Associate | VLM and Partners

Sevda Rəhimli

Baş Vergi Mütəxəssisi

  • LinkedIn

Sevda VLM-in vergi komandasında fəaliyyət göstərən təcrübəli vergi mütəxəssisidir. Onun təcrübə dairəsi vergi uyğunluğu, mühasibat uçotu, riskli ödənişlərin araşdırılması, əmək haqqı, ödənişlərin uzlaşdırılması, hesabatların hazırlanması, müəssisələrin bütün mühasibatlıq və maliyyə proseslərinin idarə olunması və onlara nəzarət, o cümlədən vergi yoxlamaları zamanı dəstək xidmətləri daxildir. Bununla yanaşı, o, gömrük bəyannamələrinin hazırlanması və gömrük məsələləri üzrə məsləhət də daxil olmaqla, gömrük sahəsində əsaslı təcrübəyə malikdir.

Sevda öz vergi və mühasibatlıq karyerasına Deloitte Azərbaycanda başlamış və burada müştərilərinə uğurla vergi uyğunluğu və mühasibatlıq xidmətləri göstərmişdir. Daha sonra Sevda Engin LTD və Ceylan kimi Azərbaycanın ən böyük distribütor şirkətlərində maliyyə, vergi və mühasibatlıq sahəsində böyük təcrübə qazanmışdır.

Sevda VLM-də tikintidən istehsalata qədər fərqli sahələri təmsil edən beynəlxalq və yerli şirkətlərə müxtəlif vergi, maliyyə, mühasibatlıq və gömrük məsələlərində dəstək olur.

Əsas Fəaliyyət Sahələri
  • Vergi Uyğunluğu;

  • Mühasibat Uçotu;

  • Vergi Hesabatları;

  • Əmək Haqqı Hesablanması;

  • Gömrük;

  • Vergi Konsultasiyası və Vergi Optimallaşdırması

Dillər
  • İngiliscə;

  • Türkcə;

  • Rusca;

  • Azərbaycanca

Təhsil

  • Qafqaz Universiteti - Maliyyə İdarəetməsi üzrə Magistr;

  • UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) - Maliyyə üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Xarici bir tikinti şirkətinə onun yüksək büdcəli körpü tikintisi layihəsi çərçivəsində vergi uyğunluğu və əmək haqqı hesablanması sahələrində tam dəstək göstərmişdir;

  • Təhlükəsizlik və texnologiya sektorunda fəaliyyət göstərən xarici bir şirkətin hesablarında ciddi maliyyə və vergi risklərini uğurla aşkar etmiş və onlara vaxtında lazımi tədbirləri görməyə imkan yaratmışdır;

  • Xarici bir iskele istehsalçısının vergi və mühasibatlıq problemlərinin həllinə dəstək göstərmişdir;

  • Aqrobiznes sektorundan olan tanınmış bir yerli şirkətə vergi konsultasiyası və mühasibatlıq xidmətləri göstərmiş və onların vergi qanunvericiliyinə tam riayət etməsini və qüsursuz mühasibatlıq sisteminin qurulmasını təmin etmişdir;

  • Bir IT şirkətinə mürəkkəb vergi və mühasibatlıq məsələlərində dəstək göstərmişdir.

bottom of page