top of page
Abstract Sphere
Search

Azərbaycanda yeni biznes imkanları: Vergi və Gömrük rüsumlarından azadolmalar

  • Writer: Vugar Mammadov
    Vugar Mammadov
  • Jan 8
  • 1 min read

2025-ci il yanvarın 1-dən qüvvəyə minən, Azərbaycanda özəl sektora yeni perspektivlər qazandıracaq qanunvericiliyə dəyişiklikləri diqqətinizə çatdırmaq istərdik. Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən rezidentlər bu ərazilərdəki fəaliyyətləri ilə əlaqədar 2023-cü ildən başlayaraq 10 il müddətində bir çox vergi və gömrük rüsumlarından tam azad edilmişdir. 


Əgər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmirsinizsə, lakin, bununla belə, bu güzəştlər və daha çoxundan yararlanmaq istəyirsinizsə, sizə yenə də yaxşı xəbərimiz var!


Dövlət-özəl Tərəfdaşlıq layihələrində özəl tərəfdaşlar dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş maksimum 30 ilədək vergi və gömrük rüsumlarından azad edilirlər. Bundan başqa, sizin biznesiniz bərpaolunan enerji mənbələrindən istifadə edərək elektrik enerjisinin istehsalını təşkil etməklə əlaqədardırsa, sizin fəaliyyət dövlətin satınalma öhdəliyi ilə olan layihələrdə satınalma müqaviləsində müəyyən edilmiş maksimum 30 il müddətinə vergi və gömrük rüsumlarından azad olunacaqdır. 


Bizim məqsədimiz sizin biznesi inkişaf etdirməkdir. Daha ətraflı məlumat üçün bizim ilə əlaqə saxlaya bilərsiniz.



 
 

Son Paylaşımlar

Əlaqə

imageedit_9_5166315861.jpg

İdarəedici Partnyor

+994 12 490 75 59

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page