top of page
Lala Alizada | Tax Associate | VLM and Partners

Lalə Əlizadə

Vergi Mütəxəssisi

  • LinkedIn

Lalə öz geniş biliyi və təcrübəsi ilə vergi və mühasibatlıq mütəxəssislərimizdən biridir. O, firmamıza qoşulmazdan əvvəl nəhəng bir telekommunikasiya korporasiyasında çalışmışdır. Lalə daha sonra öz karyerasını mühasibatlıq sahəsində davam etdirərək biznes konsaltinq firmalarından birində vergi mühasibi kimi işləmişdir. O, bu vəzifədə çalışarkən müştəri və təchizatçılarla əlaqələri təmin etmiş, əməliyyatların icrasını və qaimələrin buraxılmasını həyata keçirmiş və bir şirkətlərin mühasibatlıq kitablarının, büdcəsinin və maliyyə uçotunun qaydasında olmasını təmin etmişdir.

 

Lalə özünün dərin biliyi və iki illik təcrübəsi sayəsində firmamızda mühasibatlıq proseslərinin icrasında mühüm rol oynayır. O, vergilərin hesablanması və vergi dövriyyələrinin hazırlanması, işçilərin əmək haqlarının düzgün şəkildə hesablanması, bank ödənişlərinin sürətli və effektiv icrası, balans cədvəlinin və başqa maliyyə hesabatlarına nəzarəti mükəmməl şəkildə həyata keçirir.

Bundan əlavə, Lalə ACCA tərəfindən təqdim olunmuş FA (Maliyyə Mühasibatlığı) sertifikatına sahibdir.

Əsas Fəaliyyət Sahələri
  • Vergi Hesabatları

  • Mühasibatlıq;

  • Vergi Məsləhətləri;

  • Korporativ müştərilərlə əlaqələr

  • Əmək haqqı hesablanması

Dillər
  • İngiliscə;

  • Rusca;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Malaqa Universiteti - E-ticarət üzrə Magistr;

  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - E-ticarət üzrə Magistr;

  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Maliyyə üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Bir çox xarici şirkətlərə mürəkkəb vergi mühasibatlıq məsələləri üzrə məsləhətlər vermişdir;

  • Bir müştəriyə illik maliyyə hesabatlarının hazırlanmasında dəstək olaraq onun tam vergi uyğunluğunu təmin etmişdir.

bottom of page