top of page
Jamila Alizada | Tax Associate | VLM and Partners

Cəmilə Əlizadə

Vergi Mütəxəssisi

  • LinkedIn

Cəmilə 2021-ci ildən etibarən VLM-in vergi komandasının üzvüdür. O, komandamıza qoşulmazdan öncə sosial təminat məsələləri ilə məşğul olan bir dövlət agentliyində mühasibatlıq təcrübəsinə yiyələnmişdir. O, həmin agentlikdə çalışdığı müddətdə əmək haqlarının hesablanması, kassa mədaxil əməliyyatları, mal və material balansı və bütün məlumatların sistemləşdirilməsi üzrə məsul olmuşdur.

Cəmilə vergi və maliyyə hesabatlarının hazırlanması, əmək haqqı hesablanması, bank ödənişləri, vergilərin hesablanması və vergi bəyannamələrinin tərtibi üzrə təcrübəyə malikdir. O, VLM-də daimi olaraq müştərilərin qüsursuz vergi uyğunluğu və xətasız maliyyə əməliyyatlarının təmin edilməsinə dəstək göstərir.

Cəmilə 2021-ci ildə ACCA-nin müxtəlif kvalifikasiyaları olan FA (Maliyyə Mühasibatlığı) və FR (Maliyyə Hesabatlılığı) sertifikatlarını əldə etmişdir.

Əsas Fəaliyyət Sahələri
  • Vergi və Maliyyə Hesabatları;

  • Mühasibatlıq;

  • Vergi Konsultasiyası

Dillər
  • İngiliscə;

  • Türkcə;

  • Azərbaycanca

Təhsil

  • Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Maliyyə üzrə Magistr (MBA)

Əsas Nailiyyətlər
  • Texnologiya, tikinti və başqa sektorlardan olan beynəlxalq müəssisələrin mühasibatlıq hesabatlarının hazırlanması və yoxlanılmasında iştirak etmişdir;

  • Bir iskele şirkətinə idxal olunan malların bəyan olunması, bu idxal əməliyyatlarının uçotunun aparılması və aylıq vergi hesabatlarının təqdim olunması üzrə uğurla bələdçilik etmişdir;

  • Bütün növ vergi uyğunsuzluqları üzrə vergi orqanları ilə danışıqları həyata keçirmiş və bu cür uyğunsuzluqların aradan qaldırılmasına nail olmuşdur;

  • Bir sıra yerli və beynəlxalq müştərilər üçün mənfəət/zərər və maliyyə vəziyyəti bəyannamələri və digər rüblük və aylıq hesabatlar hazırlamışdır.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page