top of page
Farrukh Rahimli | Tax Associate | VLM and Partners

Fərrux Rəhimli

Vergi Mütəxəssisi

  • LinkedIn

Fərrux vergi və menecment sahəsindəki dəyərli təcrübəsi ilə VLM-in vergi komandasının üzvüdür. Sıralarımıza qoşulmazdan əvvəl Fərruxun karyerası Azərbaycanın turizm və otel sektorlarında bir sıra mühüm vəzifələri ehtiva etmiş və o, burada mürəkkəb biznes idarəetmə məsələləri üzrə ixtisaslaşmış, gəlir-xərc analizlərini həyata keçirmişdir. Əlavə olaraq, o, biznes menecment sahəsində bacarıqlarını Qətərdə əldə etmiş olduğu təcrübə sayəsində zənginləşdirmişdir.

Fərrux VLM-də müştərilərə bir çox maliyyə əməliyyatlarının icrasında dəstək olmaqda əhəmiyyətli rol oynayır. Onun fəaliyyətinə mühasibatlıq əməliyyatlarının idarə olunması, bank əməliyyatlarının icrası, vergi hesablamaları, vergi bəyannamələri və hesabatlarının dəqiq hazırlanması, əmək haqlarının diqqətli hesablanması, elektron qaimələrin buraxılması və kreditor və debitorlarla hesablaşmaların professional şəkildə həyata keçirilməsi daxildir.

Əsas Fəaliyyət Sahələri
  • Vergi Hesabatları;

  • Mühasibatlıq;

  • Korporativ müştərilərlə əlaqələr

Dillər
  • Azərbaycanca;

  • İngiliscə;

  • Türkcə

Təhsil

  • Azərbaycan Kooperasiya Universiteti - Marketinq və Menecment üzrə Bakalavr

Əsas Nailiyyətlər
  • Yerli bir sığorta brokerinə uçotun qurulmasında dəstək göstərmişdir;

  • Xarici bir neft-qaz şirkətinə vergi və mühasibatlıq məsələləri üzrə məsləhət vermişdir.

Ünvan

Marine Plaza 3-cü mərtəbə, Üzeyir Hacıbəyli küçəsi 62, AZ 1010, Bakı, Azərbaycan

Elektron poçt

Telefon

+994 10 256 73 56

  • Facebook
  • LinkedIn

VLM Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş VLM and Partners-i bildirir.

©2024 VLM and Partners.  Bütün hüquqlar qorunur.

bottom of page