Aysel Məhərrəmova
Vəkil
Aysel yüksək ixtisaslı hüquqşünas və 2018-ci ildən bəri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
O, kommersiya və daşınmaz əmlak mübahisələrində böyük təcrübəyə və biliyə malikdir. Ayselin ixtisaslaşdığı əsas sahələrə məhkəmə prosesləri, daşınmaz əmlak, investisiyaların qorunması, xarici məhkəmə və beynəlxalq arbitraj qərarlarının tanınması, qiymətli kağızlar, dağ-mədən istehsalatı aiddir.
Aysel, Belçika, Türkiyə və İngiltərədə bir çox hüquqi konfrans və kurslarda iştirak etmişdir.
Əsas Fəaliyyət Sahələri
-
Mülki Proses;
-
Cinayət Prosesi;
-
Mediasiya;
-
Kommersiya Hüququ;
-
Daşınmaz Əmlak Hüququ
-
İnvestisiyaların Qorunması;
-
Qiymətli Kağızlar Hüququ
Dillər
-
İngiliscə;
-
Rusca;
-
Türkcə;
-
Azərbaycanca
Təhsil
-
Bakı Dövlət Universiteti - Kommersiya Hüququ üzrə Magistr;
-
Bakı Dövlət Universiteti - Hüquq üzrə Bakalavr
Əsas Nailiyyətlər
-
Azərbaycanın ən böyük kənd təsərrüfatı şirkətlərindən birinin əmək və müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə mübahisələrində qalib gəlmişdir;
-
Dünyaca tanınmış bir içki brendinin qanuni mənafelərini yüksək dəyərli bir mülki məhkəmə işində uğurla müdafiə etmişdir;
-
Yuxarı dəyərli bir kredit mübahisəsində xarici bir qida şirkətini Azərbaycan məhkəmələrində təmsil etmişdir;
-
Tanınmış bir yerli qida və içki şirkətinin əmək və müqavilədən irəli gələn mübahisələrinin həllinə nail olmuşdur.